HAQQIMIZDA
"Fire Defense Systems" MMC 2022-ci ildə təsis edilmişdir. Şirkət təhlükəsizlik avadanlıqları və sistemlərinin satışı, quraşdırılması və servis xidmətini həyata keçirməklə məşğuldur. Əsas xidmət istiqaməti yanğın təhlükəsizliyi sahəsində fəaliyyət göstərməkdir ki, bu fəaliyyət istiqamətini həyata keçirmək üçün şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş Xüsusi Lisenziyasına sahibdir. Belə ki bura yanğınsöndürən balonların satışı, texniki servisi və təkrar dolum xidməti, yanğın və mühafizə siqnalizasiya sistemləri, avtomatik yanğınsöndürmə sistemləri ( sulu,qazlı və köpüklü ), ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri, yanğın dolabları, hidrantlar, yanğına davamlı qapılar, yanğınsöndürmə şlanqları, kranları, püskürdücüləri və digər yanğınsöndürmə avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirmək daxildir. Bundan əlavə şirkət təxliyyə planının hazırlanması və təstiq edilməsi,işıqlı istiqamət lövhələri, video-müşahidə sistemləri, səsləndirmə sistemləri, rabitə sistemləri (televiziya,internet,telefon), girişə nəzarət sistemləri ( damafon, turniket, şlaqbaum, kart,əl izi və biometriya ilə keçid ) və avadanlıqlarının satışı, quraşdırılması və servis xidmətini həyata keçirir.
Göstərilən fəaliyyət sahələrində “Fire Defense Systems” MMC müştərilərinə Avropa, Asiya və Amerika ölkələri şirkətlərinin yüksək keyfiyyət standartlarına cavab verən məhsullarını təqdim edir.
MƏQSƏD VƏ MİSSİYAMIZ
Az müddətdə fəaliyyətə başlamasına baxmayaraq “Fire Defense Systems” MMC bu gün öz işini uğurla davam etdirir. Şirkətin əsas məqsədi müştəri məmnuniyyəti qazanmaqdır ki, bu işin də öhdəsindən uğurla gəlir. Bunun əsas səbəbi kimi şirkətin rəhbər və işçi heyətinin çox yüksək iş təcrübəsinə sahib olan əməkdaşlardan ibarət olmasıdır.
Şirkətin əsas missiyası isə bu sahədə daha da inkişaf etmək, vətəndaşlarımızı təhlükəsizlik sahəsində maarifləndirmək, keyfiyyətli iş prinsipi ilə müştərilərin rəğbətini qazanmaq, daha böyük işlərlə daha uğurlu nailiyyətlər əldə etməkdir.
XİDMƏTLƏRİMİZ
- Yanğınsöndürən balonların satışı, texniki servisi və təkrar dolum xidməti
- Yanğın siqnalizasiya sistemləri
- Mühafizə siqnalizasiya sistemləri
- Avtomatik yanğınsöndürmə sistemləri (sulu, qazlı və köpüklü)
- Ventilyasiya, tüstüsovurma və hava basıncı sistemləri
- Yanğın dolabları, hidrantlar, yanğına davamlı qapılar və yanğınsöndürmə avadanlıqları
- Video-müşahidə sistemləri
- Səsləndirmə sistemləri
- Rabitə sistemləri (televiziya,internet,telefon)
- Girişə nəzarət sistemləri
- İşıqlı istiqamət lövhələri
- Təxliyyə planının hazırlanması və təstiqlənməsi