Yanğınsöndürən balonların satışı,texniki servis və təkrar dolum xidməti

Yanğının söndürülməsində ilkin olaraq yanğınsöndürən balonlardan geniş istifadə olunur. Yanğınsöndürən balonlar rahat əldə olunacaq yerlərdə saxlanılmalıdır.

Yanğınsöndürən balonların müxtəlif növləri vardır ki,onlar potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçilməlidir.Yanğın sinifləri aşağıdakılardır:

A - sinif yanğınlar: Qatı materiallar (Kağız və kağız kimi qatı maddələr,odun,kömür, taxta, parça) B - sinif yanğınlar: Maye maddələr (Benzin, Benzol, Boya, Etil və digər tez alışan kimyəvi maddələr) C - sinif yanğınlar: Qazlar (Metan, propan, maye qaz,asetilen və təbii qaz). E - sinif yanğınlar: Elektrik (Elektrik şəbəkəsində baş vermiş yanğınlar).

Quru Kimyəvi Tozlu (ABC) yanğınsöndürən balonların tərkibi natrium bikarbonatdan ibarətdir. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur.

QKT odsöndürənlər istənilən növ yanğınlarda istifadə edilir. Amma bilmək lazımdır ki,QKT odsöndürənlər istifadədən sonra toz qalıqları saxlıyır.Onlar mütləq təmizlənməlidir.

QKT yanğınsöndürən balonlar həm effektivliyinə, həm də qiymətinə görə çox sərfəlidir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğınsöndürənlər qapalı yerlərdə istifadə edildikdə tənəffüs orqanlarına zərər vurmaq olar.

Köpüklü (AB) yanğınsöndürənlərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür.

Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq yanacağı soyudur. Köpüklü yanğınsöndürən balonlardan elektrik şəbəkəsində olan yanğınlarda istifadə etmək olmaz.

Karbon Dioksidli-CO2 (BCE) yanğınsöndürən balonların tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır.

Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar.

Balonda olan sıxılmış qaz istifadə zamanı güclü soyudulma effekti yaradır, hissəvi olaraq quru buza çevrilməklə istiliyin çox hissəsini özünə çəkir. Bu yanğınsöndürənlər zərər vermədiyi üçün onlardan şəkillərin, kitab, xalçalar və digər dəyərli əşyaların olduğu yerdə əminliklə istifadə etmək olar. Yanğın söndürücüdən xaric olan qaz toksiki deyil, amma boğulma yarada bilər. Buna görə də onlar istifadə olunduğu yerlərdə nəzarət altında olmalıdır.